Makedoniyanın adının dəyişdirilməsi haqqında referendum başlayıb


Dünya 30 Sen 2018 10:43:00 291 0

Makedoniyanın adının dəyişdirilməsi haqqında referendum başlayıb

Makedoniyada ölkənin adının dəyişdirilməsi haqqında məşvərət referendumunda səsvermə başlayıb.

Son.az bildirir ki, Trend-in ölkənin Dövlət Seçki Komissiyasına (DSK) istinadən verdiyi məlumata əsasən, referendumda 1 806 336 nəfər səs verə biləcək. Referendum 07:00-dan 19:00-dək davam edəcək.

Səs verənlər "Makedoniya Respublikası və Yunanıstan Respublikası arasında sazışı qəbul etməklə Aİ və NATO-ya daxil olmanı dəstəkləyirsiz?" sualına cavab verəcəklər.

Referendum məşvərət xarakteri daşıyır. Lakin Makedoniyanın qanunvericiliyinə əsasən, referendumun uğurlu keçməsi üçün ona seçicilərin yarısından çoxunun - 903 min vətəndaşın səs verməsi tələb olunur.