Leyla Əliyeva və Arzu Əliyeva Nəsimi Festivalı çərçivəsində “Bahariyyə” musiqi layihəsinin təqdimatında iştirak ediblər (FOTO)


Digərləri 30 Sen 2018 10:47:52 263 0

Leyla Əliyeva və Arzu Əliyeva Nəsimi Festivalı çərçivəsində “Bahariyyə” musiqi layihəsinin təqdimatında iştirak ediblər (FOTO)

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Daş Salnamə Muzeyində “Bahariyyə” adlı musiqi layihəsinin təqdimatı keçirilib.

Bakı. Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Daş Salnamə Muzeyində “Bahariyyə” adlı musiqi layihəsinin təqdimatı keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak ediblər. Nəsimi dühasından ilhamlanaraq hazırlanmış “Bahariyyə” adlı konsertdə muğam və elektron musiqiləri təqdim olunub. Tanınmış xanəndə, Əməkdar artist Teyyub Aslanovu tarda Əliağa Sədiyev, kamançada Elnur Mikayılov, zurna və balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət ediblər. Fərhad Fərzəliyevin təqdimatında elektron musiqi konsertə toplaşanlar tərəfindən maraqla qarşılanıb. Nəsiminin poetik dünyası muğam sənətinin və elektron musiqinin dili ilə sənətsevərlərə mükəmməl şəkildə çatdırılıb. Bəşəri sevgi və mənəvi oyanış mövzularında dinlənilən nəğmələr gecəyə xüsusi rəng qatıb.