ABŞ İranı bəhanə edib, Cənubi İraqdan çıxır


Dünya 30 Sen 2018 10:34:00 249 0

ABŞ İranı bəhanə edib, Cənubi İraqdan çıxır

Bu ayın əvvəlində  İranın İraqın Bəsrə şəhərində yerləşən Konsulluğu ətrafında baş verən iğtişaşlarla bağlı "Nyu York Times" qəzeti  geniş məqalə yazıb. 

Edvard Vong tərəfindən hazırlanan məqalədə hadisənin incə nüanslarına toxunulub. Son.az yenicag.az-a istinadən həmin məqaləni təqdim edir:

Son həftələr ərzində İran hökuməti tərəfindən dəstəklənən silahlı birləşmələr tərəfindən artan hücumlar ucbatından sentyabrın 28-də Amerika Birləşmiş Ştatları Dövlət Departamenti İraqın Bəsrə şəhərində yerləşən Konsulluğunun köçürülməsi barədə göstəriş verib. 

Birləşmiş Ştatların Dövlət Katibi Maik Pompeo yazılı bəyənat verərək bildirib ki, Amerikanın Bəsrədəki Konsulluğu "həmin silahlı birləşmələr tərəfindən birbaşa fasiləsiz atəşlərə məruz qalr".

"İran başa düşməlidir ki, Birləşmiş Ştatlar hər hansı belə hücumlara layiqli cavab verəcək," deyə cənab Pompeo bəyanatda bildirib. 

Maik Pompeo ölkəsinin adıçəkilən Kosulluğunun təhlükəsizliyinə təhdid olunmasında İranın nüfuzlu İslam Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrini və güclü komandir Qassem Suleymaninin nəzarətində olan Qüds Qüvvələrini günahlandırıb. 

Dövlət Departamenti adıçəkilən Konsulluq əməkdaşlarının köçürülməsini "müvəqqəti yerdəyişmə" adlandırıb. Birləşmiş Ştatların Bəsrədəki Baş Konsulu Tim Davis Konsulluq əməkdaşları qarşısında çıxışı zamanı çəkdirdiyi şəkli özünün Facebook hesabına qoyaraq yazıb ki, "Konsulluq əməkdaşları fəaliyyətləri dövründə qəlbən səy göstəriblər və mən onlara deməliydim  ki, bu günki vəziyyətlə qarşılaşa bilərdik. Onlara rəhbərlik etmək mənim üçün böyük şərəfdir."

1000-dən artıq əməkdaşı olan adıçəkilən Konsulluğun əməkdaşlarının əksəriyyəti təhlühəkəsizlik, ərzaq təminatı xidməti və digər yardımçı sahələrdə fəaliyyət göstərən podratçılar, az hissəsi isə diplomatlardır. 

Dövlət Departamentinin yuxarıda göstərilən bəyənatı Amerikanın Bəsrədəki Konsulluğunun daimi bağlanacağı barədə heç bir ifadə işlətmir və Dövlət Departamentinin mətbuata məsul olan şəxsləri bu barədə ətraflı məlumat verməkdən yayınırlar.  

2011 ildə İraqın ikinci ən böyük şəhəri Bəsrədə acılan Amerika Konsulluğu Birləşmiş Ştatlarının bu ölkədəki sayca üçüncü diplomatik idarəsidir. Konsulluğun köçürülməsi barədə qərar bir neçə separat olayın baş verməsi səbəbi ilə əlaqələndirilir. 

Birincisi, Tramp administrasiyası İranın regionda hərbi aktivliyini nəzərə alaraq, yeni əməliyyat planını nəzərdən keçirir. 

İkincisi, bu ilin avqust və sentyabr aylarında Bəsrədə yerli sakinlər tərəfindən keçirilən etiraz aksiyaları İran Konsulluğunun yandırılmasına  və bir sıra iraqlı siyasətçinin anlaşılmaz bəyanatlarına qarşı Amerika rəsmiləri bu addımı atıblar.

Üçüncüsü və daha çox ehtimal olunan ən mühüm məqam odur ki, Dövlət Departamentində maliyyə vəsaitlərini qoruyub saxlamaq məqsədilə Bəsrədəki Konsulluğu bağlamaq üçün bir ildən artıqdır ki, diplomatlar arasında müzakirələr gedir. 

Bəsrə İraqın uzaq cənubunda Fars Körfəzinə yaxın ərazidə yerləşən zəngin neft yataqlarına malik olan regiondur. Bəsrənin əksər əhalisi şiə ərəbləridir və şiə siyasi partiyalar burada hökmranlıq edirlər. Bu partiyaların bəziləri o cümlədən hərbi birləşmələr şiə olduqları üçün İran tərəfindən dəstəklənir.