İlon Mask sədr vəzifəsindən gedir


Dünya 30 Sen 2018 10:11:00 273 0

İlon Mask sədr vəzifəsindən gedir

Biznesmen İlon Mask "Tesla"nın Direktorlar Şurasının sədri vəzifəsini tərk edəcək.

Son.az report-a istinadən bildirir ki, iş adamı və ABŞ-ın Qiymətli Kağızlar üzrə Komissiyası onun dələduzluqda ittiham olunmasından sonra belə razılığa gəlib. Buna baxmayaraq, Mask şirkətin baş direktoru vəzifəsində qalacaq.

Məlumata görə, Mask Direktorlar Şurasının sədri vəzifəsini 45 gün ərzində azad etməlidir. Razılaşmaya uyğun olaraq, o, yaxın üç il ərzində bu vəzifəni tuta bilməz. Biznesmeni müstəqil menecer əvəzləyəcək.