Yerevanda 32 yaşlı kişi atasını öldürdü


Dünya 30 Sen 2018 10:06:00 210 0

Yerevanda 32 yaşlı kişi atasını öldürdü

Ermənistanın paytaxtı Yerevanda xüsusi amansızlıqla qətl törədilib.

Bu barədə "Report" "News.am"a istinadən xəbər verir.

Bildirilir ki, 1957-ci il təvəllüdlü şəxs başından, sinəsindən və çiynindən aldığı çoxsaylı xəsarətlərlə öldürülüb. 61 yaşlı qocanın qətli ilə bağlı cinayət işi qaldırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi müəyyənləşdiriblər. Məlum olub ki, hadisəni mərhumun oğlu törədib. O, şübhəli şəxs qismində saxlanılıb.