Prezident Aİ məmurlarını ikiüzlülükdə ittiham edib


Dünya 30 Sen 2018 09:48:00 261 0

Prezident Aİ məmurlarını ikiüzlülükdə ittiham edib

Serbiya prezidenti Aleksandr Vuçiç Avropa İttifaqının (Aİ) məmurlarını tənqid edib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

O bildirib ki, Avropa Birliyi məmurlarının Kosovo ətrafında vəziyyətlə əlaqədar mövqeyi ikiüzlülükdür.

"Bütün tərəfləri təmkinli olmağa çağırırlar. Nədən təmkinli olmaq? Bax, mənim Avropa İttifaqına sualım budur", - deyə Vuçiç bildirib.