Meksikada polislər 10 nəfəri güllələdi


Dünya 30 Sen 2018 09:25:00 243 0

Meksikada polislər 10 nəfəri güllələdi

Meksikanın Quanaxuato ştatında polis əməkdaşları onlara hücum edən 10 cinayətkarı güllələyib.

Son.az Trend-ə istinadən bildirir ki, Xerekuaro şəhərinin yaxınlığında "Xalisko - Yeni nəsil" narkomafiyasının üzvləri polis əməkdaşlarına hücum ediblər. Nəticədə az sayda olan polislər hücum edənlərdən 10-nu hadisə yerində öldürüb, 3-nü isə yaralayıblar. Bundan əlavə, atışma zamanı 1 polis əməkdaşı və 1 həkim yaralanıb.