Günün qoroskopu: romantik hisslərə qapılmayın


Digərləri 30 Sen 2018 00:01:00 296 0

Günün qoroskopu: romantik hisslərə qapılmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - bu gün yaranacaq istəklər, ideyalar və ya quracağınız planları sürətlə reallaşdırmaq asan deyil. Yaxın ətrafınızdakı insanlardan dəstək gözləməyin.

Özünüzə qapanmayın, pərişan olmayın.

Hisslərinizi anlamayan, sizi başa düşməyən insanlarla münasibətləriniz pozula bilər. Kiçik, amma əndişə yaradan maliyyə itkiləri istisna deyil.

Səfər və ya səyahət üçün əlverişli gün deyil. Yol sizi yoracaq, usanacaqsınız. Sevdiyiniz insanla münasibətlərdə həddən ziyadə həssas və diqqətli olun. Hər tənqidə sərt reaksiya verməyin, xırdalıqlar sizi təbdən çıxarmasın.

Axşam saatlarında başağrıları mümkündür.

Buğa - əvvəlcədən hazırlanmış plana riayət etmək çox çətindir. Hadisələr gözlədiyiniz və ya təxminlədiyiniz məcrada inkişaf etmir. Situasiyaya uyğunlaşmasanız, çox çətin olacaq. Yardım heç gözləmədiyiniz yerdən gələcək. Çətin anda sizə kömək etmiş insana minnətdarlığı unutmayın.

Yeni tanışlıqlar üçün pis gün deyil. Lakin diqqətli və sayıq olun, yaramaz insanlarla təmaslar qurmayın. Romantik münasibətlər başlayarsa, uzunmüddətli və ciddi olacaq.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər - məhsuldar gündür. Yaradıcı yanaşma, həllərdə orijinallıq tələb edən işlərdə uğur əldə edə bilərsiniz. Fəlsəfə, psixologiya və xarici dillərin öyrənilməsində irəliləyişə nail olacaqsınız.

Təkmilləşmə və intellektual yüksəliş üçün göstərdiyiniz səylər hədər getməyəcək.

Peşəkar planların müzakirəsi üçün yaxşı gündür. Karyeranızda əhəmiyyətli rol oynaya biləcək sənədin imzalanması ehtimalı var.

İşgüzar müstəvidə təşəbbüskar olun. Yaxşı çalışsanız, nəticədən razı qalacaqsınız.

Xərçəng - işgüzar məsələlərin həlli üçün keçirilməsi gərəkən görüşləri təxirə salmayın. İnadkarlıqla güzəştlər arasında "qızıl orta"nı tapın. Sərt təzyiqə əl atmayın. Müqavilə və anlaşmalar uğurlu olacaq. Həlli son anda baş tutacaq problemlər var.

Şəxsi münasibətlər müstəvisindəki durum normal deyil. İşləri praktik məcraya qaytarmaq üçün ciddi çalışın. Dostlara yardım edin. Məsləhətinizə ehtiyacı olan insanlar var.

Şir - maliyyə məsələlərinin həlli baxımından əlverişli zamandır. Uğura güvənməyin. Maliyyə və əmlakla bağlı istənilən problemin həllində konstruktiv yanaşma nümayiş etdirin. İlk baxışdan kiçik, amma əslində, böyük irəliləyişlər vəd edən dəyişikliklərə hazır olun.

Yeniliklərə müqavimət göstərsəniz, bir sıra mühüm işlərin gedişatı yavaşıya bilər.

Şəxsi münsibətlərdə mürəkkəb situasiya formalaşır. Yaxınlarınızla tam anlaşmaya nail olmaq çətindir. Güzəştə getməyi bacarın. Əfsuslar olsun ki, güzəşt etməli insan sizsiniz.

Qız - mahiyyət etibarən pis gün deyil və qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Realist olun, xülyalara uymayın, illüziyalara qapılmayın. Aza qane olaraq gərəkli istiqamətdə addım-addım irəliləyin.

Günün ikinci yarısında sizə yardım etməyə başlayacaq insanlar uzun müddət müttəfiqləriniz kimi qalacaqlar.

Yaxın ətrafınızdakı insanlarda xoş təəssürat yaratmağa çalışın. Əlverişli məqamdan yararlanaraq maraqlı tanışlığa nail olmaq mümkündür.

Romantikaya qapılmayın.

Tərəzi - sizi maraqlı xəbərlər və olaylar gözləyir. Macəralar aramayın - onlar sizi tapacaq. Ətrafınızda yaşananlara operativ və məntiqi reaksiya verin. Səhvlər etməməyə, yanlışlıqlara yol verməməyə çalışın.

Peşəkar fəaliyyət sahəsində irəliləyişlərə nail ola bilərsiniz.