Parazitar qurdlardan bioloji metodlarla tam müalicə


Digərləri 29 Sen 2018 23:31:00 247 0

Parazitar qurdlardan bioloji metodlarla tam müalicə

Helmintoz xəstəliyi parazitar qurdların orqanizmə daxil olub, toxuma üzvlərini zəhərləyən, maddələr mübadiləsini pozan, orqanizmdən qida mənbəyi kimi istifadə edərək artıb çoxalan, digər xəstəliklərin yaranmasına səbəb olan infeksion xəstəlikdir. Bu xəstəlik QİÇS və onkoloji xəstəliklərdən sonra yayılmasına görə 3-cü yerdədir.   Son.az medicina.az-a istinadən bildirir ki, helmintozların diaqnostkası və mülaicəsi barədə məlumat verən pediatr Sevinc Abdullayeva bunlari bildirdi:

Dünyada insanda yaşayan, yoluxan 270 qurd növü aşkar edilmişdir. Hər il dünyada 2 insandan biri helmintə yoluxur, hər il 16 milyon insanın ölüç səbəbi helmintozların payına düşür.

Helmintlər 2 təsnifata ayrılır:

-Geohelmintlər -Biohelmintlər

Geohelmintlər askarid, tükbaş, ankilostomidlər yumurtalar vasitəsilə inkişaf edir, xarici mühitdə, torpaqda olur. Biohelmintlərdə isə helmintlərin inkişafı 2-3 aralıq sahibin iştirakı ilə baş verir.

Helmintlər bu yollarla yoluxur:

-Peroral -ağız - qida, su, çirkli əllər, meyvə-tərəvəz. -Kontakt- məişət əşyaları, ev heyvanları -Transmissiv - həşəratlar, ağcaqanadlar, milçəklər -Perkutor dəri vasitələri - hovuz, dəniz, torpaqda ayaqyalın gəzdikdə.

Helmintozlar daha çox uşaqlarda rast gəlinir. Çünki onlar ətraf mühitlə çox təmasdadırlar, şəxsi gigiyena qaydalarına əməl etməyi hələ dərk etmirlər. Belə xəstələrdə qeyri-düzgün temperatur reaksiyası, allergik reaksiyalar, övrə, dermatit, bronxospazm, astma tutmaları, bağırsaq pozulmaları, həzm problemləri yarana bilir.

Bundan başqa qaraciyər və başqa orqanlarda eozinofil infiltrasiyaları, qanda eozinofaliya təzahür edir. Qurdlar bağırsaqlardan ferment, vitamin, mikroelement, amin turşularının sovrulmasını çətinləşdirir. Böyrək, sidik yolları, ginekoloji, göz xəstəliklərinə səbəb olur.

Uşaqlarda əzginlik, yuxusuzluq, qarında sancılar, quru öskürək, qanazlığı kimi əlamətlər verir.  

Diaqnostikası: