Qanazlığı depressiyaya səbəb olur


Digərləri 29 Sen 2018 23:35:00 323 0

Qanazlığı depressiyaya səbəb olur

Statistikaya görə, dünyada hər beş nəfərdən biri payız depressiyasından əziyyət çəkir.

Mövsümü əhval dəyişkənliyi ilə daha çox mütəmadi olaraq stressə məruz qalan, həyatdan narazı, fiziki və psixi sağlamlığı tam olmayanlar üzləşirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova məlumat verib.

Onun dediyinə görə, günəş şüalarının azalması orqanizmdə melatonin hormonunun artmasına səbəb olur və bunun nəticəsində əhvali-ruhiyyə aşağı düşür. Payız depressiyası daha çox qadınlarda müşahidə olunur.