Dərmandan qadının bədəninə “qara qurd düşdü”


Digərləri 29 Sen 2018 23:27:00 356 0

Dərmandan qadının bədəninə “qara qurd düşdü”

Bu kliniki hadisə barədə Şotlandiyanın Səhiyyə departamenti məlumat verib. Söhbət 38 yaşlı qadından gedir. Pasiyent psixiatra qızının hiperaktivliyi ilə bağlı gəlmişdi, eyni zamanda özündə də diqqət defisiti olduğunu bildirib. Həkim onu test edib, həqiqətən nevroloji, psixiatrik simptomlar olduğunu dəqiqləşdirib, Atomoksetin adlı dərman təyin edir.

Son.az medicina.az-a istinadən bildirir ki, 6 ay dərman qəbulundan sonra qadın həyəcanla yenidən psixiatra gələrək, hallüsinasiyadan şikayətlənib. Ona elə gəlirdi ki, dərisinin altında qara qurdlar gəzir. O, qurdun gəzməsini hiss etdiyini, qolu ilə yuxarı qalxdığını deyir, qurddan xilas olmaq üçün dərisini cırmaqladığını bildirmişdi.

Hətta qadın mətbəxdə divarda da qara qurdların gəzişdiyini gördüyünü deyir.