Eyni saatda yatıb, eyni saatda durmursunuzsa xəstəliklərə hazır olun


Digərləri 29 Sen 2018 23:05:00 485 0

Eyni saatda yatıb, eyni saatda durmursunuzsa xəstəliklərə hazır olun

ABŞ-ın Dyukan Universitetinin mütəxəssislərinin fikrincə yuxu cədvəlini dəyişmək bir sıra sağlamlıq problemləri yarada bilər. Belə ki, bu zaman ikinci tip şəkərli diabet, piylənmə, ürəyin fəaliyyətində pozuntular kimi ağır fəsadlarla qarşılaşmaq mümkündür.

Son.az bakupost.az-a istinadən bildirir ki, alimlər bu qənaətə 50 yaşdan yuxarı 200 könüllünün üzərində aparılan tədqiqatların nəticəsində gəliblər. Alimlər iştirakçıların yuxu rejimini və davamiyyətini müşahidə ediblər. Mütəxəssislərin sözlərinə görə, adətən bu istiqamətdə aparılan tədqiqatlarda yalnız yuxu davamiyyəti nəzərə alınır. Lakin budəfəki təcrübə məhz yuxu rejimini araşdırmağa yönəlib.