Qadınlar belə kişilərdən uzaq gəzir
Digərləri 29 Sen 2018 22:50:00 274 0
Əziz kişilər, bu dəfəki məqaləmizdə sizə qadınların təhlükəli hesab etdikləri, heç vaxt birlikdə olmaq istəməyəcəkləri kişi tipləri haqqında məlumat vermək istəyirik.
Qısqanc sevgili Sevgilinizə qarşı diqqətcil olmağınız, onu qorumağa çalışmağınız təbii ki, yaxşı haldır, lakin bu aşırı dərəcədə olduqda qarşı tərəfi sıxa və münasibətinizə mənfi təsir edə bilər. Müasir qadınların əksəriyyəti isə heç də "Qısqanırsa, deməli sevir" prinsipinə inanmır. Onların fikrincə, qısqanclıq inamsızlıqdan irəli gəlir. Buna görə də daha yaxşı olar ki, qarşınızdakı insana hərtərəfli etibar etməyi öyrənə, onun geyimi, ətrafdakılarla münasibəti ilə bağlı hər incə detalı böyük mübahisəyə çevirməyəsiniz.
İşinə düşkün sevgili Kişilərdən fərqli olaraq qadınlar getdikləri əksər yerlərdə sevdikləri insanı yanlarında görmək istəyirlər. Buna görə də onlar üçün işindən başqa heç nə düşünməyən, bütün boş zamanını işə sərf edən sevgili arzu olunmayan tərəf müqabilidir. Sizin üçün işiniz çox önəmli ola bilər, amma eyni zamanda sevgilinizə də vaxt ayırmalısınız. Bunun üçün onunla ortaq maraqlarınızı tapın və boş zamanlarınızda birlikdə bu işlərlə məşğul olmağa çalışın.