"Ərəb NATO"su yaradılır, amma kimə qarşı?


Dünya 29 Sen 2018 22:41:00 237 0

"Ərəb NATO"su yaradılır, amma kimə qarşı?

Bu hərbi alyansın əsas missiyası bölgədə İrana qarşı mübarizə aparmaq olacaq

ABŞ dövlət katibi Mayk Pompeo Bəhreyn, Misir, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə görüşüb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, görüşdə Yaxın Şərq Strateji Alyansı (MESA) adlı yeni hərbi blokun yaradılması müzakirə edilib. Yeni hərbi bloku "Ərəb NATO"su da adlandırırlar.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib ki, Pompeo və xarici işlər nazirləri bölgədə rifah, təhlükəsizlik və sabitliyin təmin olunması üçün Yaxın Şərq Strateji Alyansının yaradılması məsələsində səmərəli görüşlər keçirib. Pompeo, gələcək həftə və aylarda da bu görüşləri davam etdirmək istəyir.

Nauert, ərəb ölkələri xarici işlər nazirlərinin İranın regiona və ABŞ-a yönəlik təhdidi ilə mübarizə məsələsində razılığa gəldiyini bildirib.