Hamilələrin çoxu bundan qorxur


Digərləri 29 Sen 2018 22:45:00 228 0

Hamilələrin çoxu bundan qorxur

Bir çox hamilə qadınlar (həkimlərin müşahidələrinə görə 1/4 hissəsi) növbəti USM zamanı bu qorxulu ifadəni eşidir:

"Dölün boynuna göbək ciyəsi dolanıb". Hamilə qadınların əksəriyyəti bu xəbəbdən təşvişə düşür. Lakin əksər hallarda narahatçılıq üçün səbəb olmur. Nəzərinizə çatdıraq ki, ana bətnində olan uşaq ağciyərlərlə nəfəs almır, oksigen onun orqanizminə qanla daxil olur.

Göbək ciyəsi ana ilə dölü birləşdirən bağdır. O, birləçdirici toxumadan və 3 damardan ibarət olur - damarlardan biri oksigeni və qida maddələrini anadan dölə çatdırır, qalan 2-si isə parçalanma maddələrini döl orqanizmindən çıxardır. Daha sonra isə bu maddələr   ananın orqanizmdən xaric olunur.

Hamiləliyin əvvəllərində döl dölyanı mayedə sərbəst üzür və bunun nəticəsində onun qoluna, ayağına, gövdəsinə, boynuna göbək ciyəsi çox asan dolana bilər. Hamiləliyin əvvəlində dölün boynuna göbək ciyəsinin dolanması təhlükəli sayılmır. Bu zaman dölün ölçüləri kiçikdir, uşaqlıqda kifayyət qədər yer var və döl üzdükdə asanlıqla açıla bilər.

Lakin əgər belə dolanma hamiləliyin 32-ci həftəsindən sonra aşkar olunubsa, bu zaman qadın mütləq əlavə müayinələrdən keçməli (doppleroqrafiya, kardiotokoqrafiya) və daim həkimlərin nəzarətində olmalıdır. Məsələ burasındadır ki, göbək bağın dolanması nəticəsində ciftdə qan dövranı pozula bilər. Bu isə çox təhlükəli haldır.

Bu səbəbdən belə qadına əlavə müayinələr təyin olunur. Doppleroqrafiya müayinəsi zamanı ciftdə qan dövranın vəziyyəti, kardiotokoqrafiya müayinəsi zamanı isə dölün ürək döyünməsinin vəziyyəti müəyyən edilir. Əgər bu müayinələr nəticəsində ciddi pozulmalar aşkar olunarsa, qadına təcili keysəriyyə kəsiyi əməliyyatı təyin oluna bilər.

Lakin əksər hallarda dölün boynuna göbək ciyəsinin dolanması ciddi pozulmalara səbəb olmur. Dölün boynuna göbək ciyəsinin dolanması keysəriyyə kəsiyi əməliyyatının aparılması üçün göstəriş sayılmır (döldə və ciftdə ciddi pozulmalar aşkar olunmadığı halda).

Doğuş zamanı həkim və ya mama uşağın boynunu tez və səliqəli şəkildə dolanmadan azad edir və uşaq tam normal doğulur.

Dölün boynuna göbək ciyəsinin dolanması olan qadınlarda doğuşun aparılmasında müəyyən fərqlər var.

Bu səbəbdən əgər sizdə bu patologiya aşkar olunubsa, mütləq bu haqda doğuşu qəbul edən həkimə məlumat verin. Həkim doğuş zamanı uşağın ürək döyünməsinə xüsusi diqqət yetirir. Doğuşun tez başa çatması üçün həkim qadının aralıq nahiyyəsində kəsiklər (epiziotomiya) apara bilər. Uşağın ürək döyünməsində pozulmalar əmələ gəldikdə, təcili keysəriyyə kəsiyi əməliyyatı təyin oluna bilər.

Dölün boynuna göbək ciyəsinin dolanmasının konkret səbəbləri yoxdur. Lakin həkimlərin müşahidələrinə görə, bu patologiya daha tez hallarda dölün xroniki hipoksiyası fonunda inkişaf edir. Xroniki hipoksiyanın səbəbləri arasında: