Bu qida kişilərdə cinsi zəifliyi aradan qaldırır


Digərləri 29 Sen 2018 22:15:00 266 0

Bu qida kişilərdə cinsi zəifliyi aradan qaldırır

Alimlər sübut edir ki, bildirçin yumurtası immuniteti möhkəmləndirən ən yaxşı vasitələrdən biridir.

Bildirçin yumurtasının tərkibi çox zəngindir. Belə hesab olunur ki, digər quşların yumurtaları ilə müqayisədə bu yumurtaların tərkibində B1, B2, B12, A vitaminləri daha çoxdur. Bundan əlavə bu yumurtalar maqnezium, kalium, kalsium, ftor, sink, marqans, fosfor, dəmir kimi mikroelementlər və əvəzolunmaz aminoturşularla olduqca zəngindir.

Bildirçin yumurtası sinir sistemin fəaliyyəti çox müsbət təsir edir. B qrupu vitaminlərlə zəngin olan bu yumurta nevrozlar, əsəbilik zamanı yaxşı kömək edə bilər. Alimlərin fikirinə görə, bildirçin yumurtası insanın əqli fəaliyyətinə çox müsbət təsir edir. Bu səbəbdən əqli fəaliyyəti ilə məşğul olan insanların, məktəblilərin, tələbələrin rasionunda bu faydalı məhsul mütləq olmalıdır.

Uşaqlar, hamilə qadınlar, yaşlı insanlar üçün bildirçin yumurtası olduqca xeyirlidir. Qeyd etdiyimiz kimi, bildirçin yumurtası immuniteti gücləndirir. Bu isə məhz bu qrup insanlar üçün xüsusilə vacibdir.

İmmuniteti möhkəmləndirən bildirçin yumurtası şiş əleyhinə olan profilaktik vasitə kimi də effektli sayılır.

Hesab olunur ki, bu yumurta kişilərdə cinsi zəifliyi ardan qaldırmağa, potensiyanı gücləndirməyə kömək edir.