Meksikada polis 10 qulduru güllələyib


Dünya 29 Sen 2018 20:51:00 286 0

Meksikada polis 10 qulduru güllələyib

Meksikanın Quanxuato ştatında polis əməkdaşları onlara hücum edən cinayətkar qruplaşmanın 10 üzvünü güllələyib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Universal" nəşri xəbər verib.

Bildirilir ki, Herekuaro rayonunda "Halisko - Yeni nəsil" qruplaşmasının üzvləri ölkənin federal polisinin xüsusi təyinatlı dəstəsinə hücum edib. Sayca cinayətkarlardan az olmalarına baxmayaraq, yaxşı təlim görmüş polis əməkdaşları hücumçulardan 10-unu öldürüblər. Silahlı qarşıdurma zamanı daha 5 nəfər yaralanıb. Onlar arasında 1 polis əməkdaşı və 1 həkim də var.