Bakıxanov qəsəbəsində eyvanlardakı paltar ipləri söküldü FOTO


Digərləri 29 Sen 2018 20:41:00 258 0

Bakıxanov qəsəbəsində eyvanlardakı paltar ipləri söküldü  FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq göstərişinə əsasən şəhərin estetik görünüşünün pozulmaması üçün paytaxtın mərkəzi prospektlərində, ayrı-ayrı qəsəbələrində yaşayan sakinlərə eyvanlardan paltar asmağı dayandırmaq barədə xəbərdarlıq edilib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu göstərişin icrasını təmin etmək məqsədi ilə bu gün Sabunçu Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi, 13-cü Polis Şöbəsi və ərazi üzrə mənzil istisimar sahələrinin əməkdaşları ilə birgə Bakıxanov qəsəbəsində reyd keçirilib.

Tədbir zamanı evyanda paltar qurutmaq üçün asılan ipləri sökülüb, həmin ipləri bərkitmək üçün quraşdırılan dəmir konstruksiyalar kəsilib.


Xəbərə aid fotolar