Dənizkənarı Milli Parkda rəqs şousu FOTO


Digərləri 29 Sen 2018 20:44:00 314 0

Dənizkənarı Milli Parkda rəqs şousu  FOTO

Sentyabrın 29-da Dənizkənarı Milli Parkda Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində "DanceAbility" inklüziv rəqs qrupunun konserti olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "DanceAbility Azerbaijan" təşkilatının üçgünlük məşqlərinin nəticəsi olan çıxış zamanı sağlamlıq imkanları məhdud şəxslərin də daxil olduğu rəqs qrupu özünüifadə hissinin doğurduğu sevinci tamaşaçılarla bölüşüb. Bu rəqslərin yaratdığı abu-hava Nəsiminin insanda ali və kamil məxluq görməkdən ibarət olan fəlsəfi ruhunu Bakı bulvarına gətirib.


Xəbərə aid fotolar