Siqareti tərgitmək istəyənlər bu qidaları yesin


Digərləri 29 Sen 2018 20:20:00 224 0

Siqareti tərgitmək istəyənlər bu qidaları yesin

Mütəxəssislər siqareti tərgitmə müddətində düzgün qidalanmanın əhəmiyyətli rol oynadığını deyirlər. Təbiətdə olan bir çox qida həm siqareti tərgitməyə, həm də sonrakı müddətdə çəkini nəzarət altında saxlamağa kömək olur.

Zəncəfil ağciyərləri təmizləyir

Siqaret çəkən bir çox insan bu vərdişdən xilas olmaqda çətinlik çəkməklə yanaşı, sonradan kökəlmək qorxusundan siqareti tərgidə bilmədiyini etiraf edir. Ancaq bəzi təbii qidalar həm siqareti tərgitməyə kömək olar, həm də çəkinin artmasına imkan verməz. Bu mövzuda ilk köməyinizə çatan qida zəncəfildir. Zəncəfil ağciyərlərin təmizlənməsi üçün olduqca təsirlidir. Zəncəfili çaya və ya yeməklərə qataraq içə bilərsiniz. Biyan kökü kimi güclü qoxusu sayəsində insanı rahatlaşdırır və siqaret çəkmə ehtiyacının qarşısını alır.

C vitamini şərtdir

Siqareti tərgitmək üçün təbii C vitamini qəbul etmək lazımdır. Bu baxımdan ən təsirli qidalardan biri portağaldır. C vitamini təsiri sayəsində dəmir çatışmazlığını azaldır. Portağal kimi naringi və qreypfrut da antioksidant təsiri göstərir və tərkibindəki C vitamini sayəsində bədənin siqaretə olan ehtiyacını azaldır. İnsanlar siqaret çəkməklə bədənlərində ən çox C vitamini itirirlər. C vitamini əvəzinə nikotinin təbii olmayan elementləri yerləşir. Bu səbəbdən də siqareti tərgitmək üçün təbii formada daha çox C vitamini qəbul etmək lazımdır. Gündə 1 portağal sizə kömək olar.

Sarımsaq bədəni təmizləyir