İş yerində əsəbiləşənlər üçün – Stress zamanı


Digərləri 29 Sen 2018 20:25:00 214 0

İş yerində əsəbiləşənlər üçün – Stress zamanı

Neyropsixoloq  Oleq Molçanov stresli vəziyyətlərdə qısa müddətdə özünü ələ almağın ən effektiv üsullarını açıqlayıb.

Daha çox ətrafdakıların təsirindən yolda, küçədə, iş yerində əsəbləşən insanda kin, qəzəb, həyəcan hisslərindən qana yüksək miqdarda adrenalin sıçrayır. Stres hormonu insanda ürək döyünməni sürətləndirir, göz bəbəkləri genişlənir, psixi panika artır, stres daha da güclənir.

Çox zaman ürək dayanmasından ölüm faktları iş yerində əsəb partlayışından sonra baş verir. İnsana həmin anda özündən başqa heç kim kömək edə bilmir. Ətrafdakıların " özünü ələ al, sakitləş" sözləri daha da qıcıqlandırır.

Belə halda qanda adrenalinin səviyyəsini tez endirmək lazımdır. Bunun üçünsə bir neçə üsul var.

Son.az medicina.az-a istinadən məşhur neyropsixoloqun həmin üsullarını təqdim edir.

1.Dərindən diafraqmal və qarından nəfəs al

Dərindən nəfəs alıb vermək orqanizmə və qana oksigenin axınını sürətləndirir, nəbzi qaydaya salır, qanda adrenalini azaldır. Əgər təkliyə çəkilə bilsəz, burundan çox dərindən nəfəs alıb, ağızdan buraxın. 5-7 dəfə belə tənəffüsdən sonra halınız yaxşılaşacaq.

Əgər adam arasındasızsa, fikrinizi tənəffüsünüzə cəmləyib, heç nədən narahat olmadan, dərindən nəfəs alıb verin