Şirvanşahlar sarayında maraqlı musiqi layihəsi təqdim edilib FOTO


Digərləri 29 Sen 2018 19:52:00 224 0

Şirvanşahlar sarayında maraqlı musiqi layihəsi təqdim edilib   FOTO

Sentyabrın 29-da Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Şirvanşahlar sarayında maraqlı musiqi layihəsi təqdim olunub.

Son.az Trend-ə istinadən bildirir ki, təqdimatda festivalın əlaqələndiricisi, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov çıxış edərək təqdim olunacaq musiqi layihəsi barədə məlumat verib. Bildirib ki, görkəmli alman bəstəkar Karlhayns Ştokhauzenin (Karlheinz Stockhausen) "Yeddi gündən" ("Aus deb sieben Tagen") əsərini beynəlxalq musiqiçilərdən ibarət heyət kollektiv improvizasiya şəklində ifa edəcək.

Bildirib ki, layihədə fərqli mədəniyyət və üslubları təmsil edən musiqiçilər - Azərbaycandan Əməkdar artistlər Elçin Şirinov və Şəhriyar İmanov, skripkaçı Osman Eyublu və digər ölkələrdən Kudsi Erguner (Türkiyə), Sefudi Koyate (Qvineya), Naomi Sato (Yaponiya), Kristina Vantsu (ABŞ/Belçika), Elizabet Harnik (Avstriya) və Canluka İadema (İtaliya) iştirak edəcəklər.


Xəbərə aid fotolar