Aİdə hər səkkiz ölüm halından biri ürək tutmasından baş verir


Digərləri 29 Sen 2018 19:17:00 262 0

Aİdə hər səkkiz ölüm halından biri ürək tutmasından baş verir

Avropa Statistika İdarəsinin (Eurostat) "Dünya ürək günü" ilə əlaqədar yaydığı məlumata əsasən, qitədə ölümlərin 12 faizi ürək tutmasından baş verir.

İnfarktdan ən çox ölüm halı Litvada qeydə alınıb - 38 faiz. Siyahıda Litvanın ardından 29 faizlə Latviya və 27 faizlə Slovakiya gəlir.

İnfarkt hallarının ən az müşahidə olunduğu ölkələrin siyahısına isə 6 faizlə Fransa və Hollandiya başçılıq edir. Ümumilikdə Avropa İttifaqında hər səkkiz ölüm halından biri infarkt səbəbindən baş verir.