Belə bədən quruluşu olan qadınlar diqqətli olmalıdır


Digərləri 29 Sen 2018 19:20:00 313 0

Belə bədən quruluşu olan qadınlar diqqətli olmalıdır

Qadınların bədən quruluşunun bir neçə tipi mövcuddur. Onlardan ən tez-tez rast gəlinən tiplər "alma" və "armud"dur.

Alma bədən quruluşu olan qadının omba və çiyinlərinin eni eyni, beli enli olur. Kökələndə bu qadınlar əsasən qarın nahiyəsindən kökəlir ki, nəticədə bədənin yuxarı hissəsi daha "ağır" görünür.

Armud bədən tipi olan qadınların ombası enli, çiyinləri və döşü dar, beli incə olur. Bu qadınlarda bədənin aşağı hissəsi daha "ağır" görünür.

Piyin qarın nahiyəsində yığılması "alma" bədən tipinin əsas mənfi cəhətidir. Qarın nahiyəsində yığılan piy (visseral piy) daxili orqanları sıxır, onların fəaliyyətini pozur. Bundan əlavə bu piy daha tez qana və həmçinin ürək və qaraciyər kimi orqanlara daxil olur.