Gizli inkişaf edən təhlükəli xəstəlikdən necə qorunmalı?


Digərləri 29 Sen 2018 19:05:00 249 0

Gizli inkişaf edən təhlükəli xəstəlikdən necə qorunmalı?

Son zamanların ən təhlükəli və geniş yayılmış xəstəliklərindən biri  aterosklerozdur.   Son.az medicina.az-a istinadən bildirir ki, xroniki damar xəstəliyi olan ateroskleroz bütün dünyada infarkt və insult nəticəsində ölümün əsas səbəbidir. Ateroskleroz zamanı damarlar iltihablaşır, daxilində piyə oxşar maddələr (xolesterin, lipidlər) yığılmağa başlayır. Nəticədə damar daralır, tıxanır. Belə damar asanlıqla partlaya və ya tam qapana bilər. Bu isə insult və ya infarkta səbəb ola bilər.  

Bu xəstəliyin geniş yayılması və adətən müalicə edilməməsinin səbəbi gizli və simptomsuz inkişaf eməsidir. Bu xüsusiyyət xəstəliyi vaxtında aşkar etməyə mane olur.   Qidalanma aterosklerozun profilaktikasında böyük rol oynayır. Bəzi məhsulların qidalanmada daim olması aterosklerozun inkişafını ləngidir. Aterosklerozun qarşısını almaq üçün tez-tez müxtəlif sıyıqları (düyü, arpa, yulaf, darı, qarabaşaq, buğda, kinoa) yeməyi tövsiyə edilir. Sıyıqlar liflərlə zəngindir. Bu liflər orqanizmdən artıq xolesterini çıxartmağa yardım edir.