Yol polisi mindən artıq sürücünü cərimələdi


Digərləri 29 Sen 2018 19:07:00 265 0

Yol polisi mindən artıq sürücünü cərimələdi

Avtomobilini texniki baxışdan keçirməyən sürücülər kameralar vasitəsilə cərimə edilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, paytaxt ərazisində xüsusi texniki vasitələr mindən artıq texniki baxışdan keçməyən avtomobil aşkar edib. Həmin sürücülər texniki baxışdan keçmədikləri üçün 50 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, minik avtomobilləri 1 may - 31 iyul tarixləri arasında texniki baxışdan keçirilməli idi. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5, 7, 9 və 11-ci ilində və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir. Texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunur.

Vaqif Əsədov onu da bildirdi ki, barəsində elektron protokol yazılan bir neçə sürücü cərimələrini 3 ay müddətdə ödəmədiyi üçün onlar barəsində toplanan material rayon məhkəmələrinə göndərilib.

Həmin sürücülər cəriməsini ödəsələr belə, onlar məhkəmə qərarına əsasən, 6 ay sürücülük hüququndan məhrum edilirlər. Bəs hansısa sürücü onun barəsində tərtib edilən protokoldan xəbərsiz olduqda necə? Onun da sürücülük hüququ məhdudlaşdırılırmı?


Xəbərə aid video