Amerikalı masajçı Hollivud ulduzunu məhkəməyə verdi


Digərləri 29 Sen 2018 18:56:00 250 0

Amerikalı masajçı Hollivud ulduzunu məhkəməyə verdi

Hollivud ulduzu Kevin Speysi növbəti qalmaqalın baş qəhrəmanına çevrilib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, amerikalı masajçı aktyoru seksual xarakterli zorakılıq, gender zorakılığı və mənəvi zərbə vurmaqda ittiham edib.

Adının çəkilməyini istəməyən masajçı iddia edir ki, Speysi 2016-cı ildə ona təcavüz edib. Masajçı kişi bildirib ki, 2016-cı ilin oktyabr ayında Speysinin Malibudakı evinə dəvət edilib. Masaj otağına girdikdən sonra Speysi qapını bağlayıb. Sonra isə Kevin xayasında ağrı və diskomfort olduğundan şikayət edib və masajçısını cinsiyyət orqanına toxunmağa məcbur edib. Sonra isə onu öpməyə başlayıb.