Kişilərdə olan bu hallar XƏRÇƏNG ƏLAMƏTİDİR


Digərləri 29 Sen 2018 18:48:00 261 0

Kişilərdə olan bu hallar XƏRÇƏNG ƏLAMƏTİDİR

Xərçəng xəstəliyinin əlamətləri müxtəlif ola bilər. Bu əlamətləri vaxtında təyin etmək xəstəliyin təhlükə riskini azalda bilər.

Son.az publika.az-a istinadən bu yazıda oxucuları kişilərdə rast gəlinən xərçəng əlamətləri ilə tanış edir:

Testislərdə dəyişikliklər

Testislərdə əmələ gələn şiş və ya ağrı kimi əlamətlər testis xərçənginin bir əlaməti ola bilər. Belə bir vəziyyətdə dərhal urologiya mütəxəssisi ilə görüşmək lazımdır.

Tez-tez sidiyə çıxma

Bu, xüsusilə 50 yaşdan yuxarı kişilərdə rast gəlinən prostat xərçənginin əlaməti ola bilər. Həkimlər 50 yaşından sonra kişilərə tez-tez prostat vəzlərini müayinə etdirməyi tövsiyə edir.

Nəcisdə qan görülməsi

Nəcisdə qan görülməsinin bir çox fərqli səbəbi ola bilər: babasil, sidik yolu infeksiyası, bağırsaq, həmçinin böyrək xərçənginin ilkin əlamətlərinə daxil edir.

Səbəbsiz ağrı və yorğunluq

Xərçəngin tez-tez görülən əlamətlərindən biri də səbəbsiz yaranmış ağrı və yorğunluqdur. Bu kimi vəziyyətlərdə vaxt itirmədən həkimə gedin.

Ağız yaraları

Siqaret və tütün istifadə edən insanların ağız xərçənginə yaxalanma riski olduqca çoxdur. Ağız içinizdə, dodaqlarda tez-tez qırmızı və ya ağ ləkələr əmələ gəlirsə, bu, ağız xərçənginə işarə edə bilər.