"General Motors" 3,3 milyondan çox avtomobilini geri çağırdı


Digərləri 29 Sen 2018 18:08:00 237 0

"General Motors" 3,3 milyondan çox avtomobilini geri çağırdı

"General Motors" şirkətinin Çindəki distributoru "Şanxay General Motors" asqı sistemində ortaya çıxan qüsur səbəbindən oktyabrın 20-dən etibarən 3,3 milyondan çox "Buick", "Chevrolet" və "Cadillac" markalı avtomobilləri geri çağıracaq.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, problem 2013-2018-ci illər arası istehsal edilən avtomobillərdə üzə çıxıb.

"General Motors" zərərçəkmiş şəxslərlə əlaqə  saxlayaraq, nəqliyyat vasitələrinin pulsuz təmir ediləcəyini bildirib.