“Porsche” 70ci illərin modelini “həyata qaytarır” —


Digərləri 29 Sen 2018 17:52:00 239 0

“Porsche” 70ci illərin modelini “həyata qaytarır” —

"Porsche" şirkəti 935/78 modelini yenidən istehsal edəcək.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, 1970-ci illərin sonunda istehsal edilən bu model "Mobi Dik" adlandırılırdı.

Yeni modelin xarici görünüşü müasir üslubda hazırlanıb. Məsələn, arxa fənərlər "Leman 919" modelinin arxa fənərlərinə bənzəyir. Səsboğucu isə "Porsche 908" modelini (1968-ci il istehsalı) xatırladacaq.

Interyer karbon və alkantarla hazırlanıb. Rəqəmsal cihazlar qurğusundan başqa salonda təhlükəsizlik karkası, çıxarılan yarış sükanı və xüsusi təhlükəsizlik kəməri var.


Xəbərə aid fotolar