Yaponiyaya tayfun təhlükəsi: 400ə yaxın aviareys ləğv edildi, 230 mindən çox sakin elektriksiz qaldı


Dünya 29 Sen 2018 17:44:00 311 0

Yaponiyaya tayfun təhlükəsi: 400ə yaxın aviareys ləğv edildi, 230 mindən çox sakin elektriksiz qaldı

Yaponiyanın cənubuna "Trami" tayfunu yaxınlaşmaqdadır.

Son.az Trend-ə istinadən bildirir ki, Okinava prefekturasında tayfunun səbəb olduğu güclü küləklər nəticəsində 18 nəfər xəsarət alıb.

Hazırda tayfunun mərkəzi Yorondzima adasından 50 kilometr məsafədə yerləşir. Yaxın bir neçə saat ərzində "Trami"nin ölkə ərazisinə tam şiddətlə daxil olması gözlənilir.