Paşinyanın arvadı rus qadınları ilə Qarabağa gedir


Dünya 29 Sen 2018 17:48:00 296 0

Paşinyanın arvadı rus qadınları ilə Qarabağa gedir

Ermənistan baş nazirinin arvadı Anna Akopyanın ofisi "Qadınlar sülh naminə" humanitar aksiyasına qoşulan ondan çox rusiyalı qadının Ermənistana və "DQR"ə səfər etmək arzusunda olduqları barədə anons verib.

"Onlar 5 oktyabrda Ermənistana gələcək, 6 oktyabrda isə Anna Akopyanın müşayiəti ilə Qarabağa baş çəkəcək və öz sülh çağırışlarını münaqişənin bütün tərəflərinə ön xətdən ünvanlayacaqlar", - Anna Akopyanın mətbuat xidməti bildirib.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, qadınların arasında məşhur Rusiya yazıçıları, publisistlər, Rusiyada ictimai fondların və böyük humanitar layihələrin rəhbərləri, həmçinin Rusiya idmanının və siyasi dairələrinin nümayəndələri var.

Agentliyin diplomatik dairələrdəki mənbəyinin məlumatına görə, Ermənistana səfərin gedişatında Rusiya nümayəndə heyəti müxtəlif fondlara və dövlət strukturlarına baş çəkməyi, həmçinin ictimaiyyətlə açıq görüşləri keçirməyi planlaşdırır.

Anna Akopyan həmçinin, Rusiyadan olan nümayəndə heyətinin Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşünü təşkil etməyi nəzərdə tutur.

Son.az