Ərdoğanın Berlin səfəri:


Dünya 29 Sen 2018 17:40:00 268 0

Ərdoğanın Berlin səfəri:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransındakı söz oyunu Almaniya kansleri Angela Merkelin nə qədər çətin vəziyyətdə olduğunu sübut etdi.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə "Cümhuriyyət" qəzeti çıxış edib.

"Merkel iki ölkə arasında mətbuat azadlığı və hüquq dövləti məsələlərində dərin fərqlərin olduğunu, bununla yanaşı ortaq çıxarların da olmasını etiraf etdi. Almaniya ictimaiyyətinin bu səfərdən duyduğu narahatlığa Almaniya mediası geniş yer verdi. Əslində bunun özü də başqa bir göstərici kimi qəbul edilməlidir.

Ərdoğan bu səfəri ilə Ankaranın getdikcə dərinləşən iqtisadi böhranın təsirlərini yeni xarici əlaqələrlə yumşatmaq məcburiyyətində olduğunu istəmədən elan etmiş oldu. Amma Ərdoğanın investisiya və borc xahişi etdiyi AB-nin hegemon ölkəsi də siyasi böhranın içinə yuvarlanır. Merkel hər an vəzifədən gedə bilər. Hətta Almaniyanın ən təsirli gündəlik iqtisadiyyat qəzeti "Handelsblat" dünən Merkelin böyük rəsmini paylaşaraq, Almaniya kanslerinin istefaya gedə biləcəyi xəbərini yaydı. Həftə ərzində Merkelin namizədi Volker Kauderin kansleri dəstəkləyən blokun parlamentdəki fraksiyalarının rəhbəri vəzifəsinə keçirilən seçkini qazana bilmədi. Nəticədə Merkel açıq üsyanla üz-üzə qaldı. Ərdoğanın Almaniya gəlməsi və onun üçün yerə qırmızı xalçanın sərilməsinə Almaniya seçiciləri sərt reaksiya verdi. Bu isə onsuz da gərgin olan ortamı daha da gərginləşdirdi. Ultrasağçı AfD partiyası bu ziyarətə ən sərt reaksiya göstərən və səfərdən ən çox udan partiya oldu" - deyə qəzet bildirib.