Mitinqdə ictimai asayişin kobud şəkildə pozulması halları qeydə alınmayıb


Digərləri 29 Sen 2018 17:10:00 275 0

Mitinqdə ictimai asayişin kobud şəkildə pozulması halları qeydə alınmayıb

Bakı Şəhər Baş Polis İdarəsi bu gün Bakıda bir qrup ictimai-siyasi fəal tərəfindən Qarabağla bağlı keçirilən mitinq barədə açıqlama yayıb.

Son.az bildidir ki, idarədən Trend-ə verilən məlumatda bildirilir: "Sentyabrın 29-da bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi "Qarabağa azadlıq!" şüarı ilə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Qarabağ Azadlıq Təşkilatı, Azərbaycan Xalq Partiyası, Klassik Xalq Cəbhəsi, Ümid, Milli Demokrat, Azərbaycan Liberal Demokrat, Gələcək Azərbaycan, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi partiyaları, Ağ Partiyası, eləcə də Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.