39 yaşı var, 38 uşaq dünyaya gətirib
Dünya 29 Sen 2018 16:44:00 258 0
38 yaşlı uqandalı Mariam Nabatantsinin 38 uşağı var. O, Şərqi Afrikanın "ən məhsuldar anası" hesab edilir.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mariam həyat hekayəsini BBC-nin jurnalisti Kassim Kairlə bölüşüb.
Mariam 13 yaşında ərə verilib. Xoşbəxt ailə həyatından söhbət belə gedə bilməz. Əri tərəfindən dəfələrlə döyülən Mariam 44 uşaq dünyaya gətirsə də, onlardan 6-sı dünyasını dəyişib.
4 dəfə üçəm, 3 dəfə dördəm, 3 dəfə əkiz dünyaya gətirən qadının ən böyük oğlunun 23 yaşı var, kiçiyi isə 5 aylıqdır. Çoxuşaqlı ananın 28 oğlu, 10 qızı var. Onların hamısı təbii yolla doğulub. Yalnız sonuncu övladı qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.
Mənbə: milli.az