Yaponiyaya “Trami” tayfunu yaxınlaşır - Xəsarət alanlar var


Digərləri 29 Sen 2018 16:24:07 206 0

Yaponiyaya “Trami” tayfunu yaxınlaşır - Xəsarət alanlar var

Yaponiyanın cənubuna “Trami” tayfunu yaxınlaşmaqdadır

Bakı. Yaponiyanın cənubuna “Trami” tayfunu yaxınlaşmaqdadır. Trend-in məlumatına görə, Okinava prefekturasında tayfunun səbəb olduğu güclü küləklər nəticəsində 18 nəfər xəsarət alıb. Hazırda tayfunun mərkəzi Yorondzima adasından 50 kilometr məsafədə yerləşir. Yaxın bir neçə saat ərzində “Trami”nin ölkə ərazisinə tam şiddətlə daxil olması gözlənilir.