Bütöv ay olan gecələrdə niyə cinayətlər çox olur?


Digərləri 29 Sen 2018 16:12:00 309 0

Bütöv ay olan gecələrdə niyə cinayətlər çox olur?

Petrikin araşdırmasının nəticəsinə görə, ay bütöv olan zaman cinayət hadisələrinin çox olması ayın ətrafa daha çox işıq saçması ilə bağlıdır.

Alimlər ay bütöv olan zaman cinayətlərin artma səbəbini müəyyən edə bilib.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Avstraliyadakı Bond Universitetinin kriminalisti Vayn Petrik Ayın insan davranışlarına təsirini öyrənməyə çalışıb.

Araşdırmaçı bütöv ay olan zaman cinayət hadisələrinin çox olması iddiası ilə bağlı əlavə məlumat almaq üçün 1985,2009 və 2016-cı illərdə aparılmış 3 fərqli araşdırma zamanı toplanılan məlumatları analiz edib.

2009-cu ildə aparılan nəticəyə görə, Almaniyada 6 il müddətində yaşanmış 23 mindən çox hadisə ilə bağlı məlumatlar yer alıb. Bu məlumatlara əsasən Ayın vəziyyətini öyrənən Petrik Ayın insanların davranışlarına təsir etməsi ilə bağlı heç bir nəticə əldə etməyib.