Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” adlı möhtəşəm layihə davam edir


Kriminal 29 Sen 2018 15:54:00 269 0

Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” adlı möhtəşəm layihə davam edir

Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri" adlı möhtəşəm layihə davam edir.

Sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri" layihəsi çərçivəsində Aslan Şahın və İbrahimin dastanı təqdim olunub.

Layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Gecədə Aşıq Kamandarın sonuncu şagirdi, ustad aşıq Əşrəf Qəriboğlunun İfasında ailə-məişət  dastanı olan  Aslan Şahın və  İbrahimin  dastanı tamaşaçılara təqdim olunub. 


Xəbərə aid fotolar