Xanoğlan Şıxəliyev Yolun duşsə bu dünyaya bir də gəl


Digərləri 29 Sen 2018 14:34:00 300 0

Xanoğlan Şıxəliyev  Yolun duşsə bu dünyaya bir də gəl

Tarixi insanlar yazır deyirlər. Lakin hər yazılan tarix gələcək nəsillərə, köklərə də qalmır. Çünki o tarix  elə yazılmalıdır ki, bəşər övladı ondan öyrənsin, anlasın və anlatsın. Azərbhaycanımızın da tarixinə bir çox şəxsiyyətlər öz imzalarını ataraq, onu qızıl hərflərlə həkk ediblər. Belə şəxsiyyətlərdən biri də bu gün təəssüf ki, həyatda olmayan gözəl insan, öz vətənsevərliyi və azərbaycançılığı ilə hər kəsə örnək olmuş ziyalı - uzun illər prokurorluq orqanlarında alın təri ilə çalışmış Xanoğlan Rza oğlu Şıxəliyevdir. Ümumiyyətlə, bu şəxsiyyət barədə fikir bildirərkən  ağıla gələn ilk amil budur ki, nə yaxşı o, öz dövründə yaşayaraq, zamanının insanlarına bir kişilk, qeyrət, ləyaqət, şərəf və mənəviyyat məktəbi keçib. Məhz o məktəbi keçənlər bu gün öz həyat kredolarını bu istiqamətdə quraraq, yaşayır, yaradır, dövlətinə, Vətəninə xidmət edirlər.

Qısa arayış təqdim edək: Xanoğlan Şıxəliyev 1957-ci ildə sentyabr ayinin 29-da dünyaya göz açib. Belə bir çətin dövrandan alnıaçıq və başuca çıxan Şıxəliyevlər nəslinin övladı Xanoğlan müəllin yalnız həyat eşqi yaşayaraq, həmi özünün, həm də ailəsinin qeydinə qalmaq üçün yorulmadan çalışıb, işləyib və necə deyərlər, özünü oda-közə vurub. Belə bir qətiyyət, belə bir məqsədlərlə həyatın ağuşuna gənc yaşlarından atılan Xanoğlan Şıxəliyevin bu mübarizliyi onun gələcək illəri üçün bir rolunu faktorunu oynadı. O, daha da bərkidi, daha da mətinləşdi, daha da iradəli və qətiyyətli obrazda tanındı - dostları, qohumları, tanışları arasında...

Xanoğlan müəllimin seçdiyi peşəsi də asan deyildi - prokurorluq sahəsi. Ötən əsrin 70-ci illərindən başlayaraq, ta 30 iyun 2015-ci ilə qədər Xanoğlan Şıxəliyev çətin vəzifə olan bu orqanlarda fəaliyyət göstərib. Yeri gəlmişkən, Azərbaycanın prokurorluq sistemi artıq 100-cü ildönümünü qeyd edir və bu illər içində Xanoğlan müəllimin də az, ya da çox payı vardır. Əbəs deyil ki, hazırkı məöqamda da onun barəsində danışılan hər bir söz, hər bir ifadə insanlarda qürur hissi oyadır. Bəli, onun haqqında danışılanlar bir epopeyadır, real, həqiqətlərə söykənən Xanoğlan epopeyası!

Əbəs deyil ki, bu günün özündə də onun barəsində nəşrlərdə, mətbuat səhifələrində çoxsaylı məqalələr, yazılar mövcuddur. Həmin dərcolunmalarda Xanoğlan Şıxəliyev barəsində daha hansı fərəhdoğurucu ifadələr yer almayıb - "Öz ömrünü dövlətinə və xalqına həsr etmiş prokuror", "Gözəl ata və Vətənsevər övlad" və s...

Bəli, budur bir ali məcəssəmə və yüksək dəyər tandemi və budur əsl azərbaycanlı olmaq gerçəkliyi. Çünki Xanoğlan müəllim istər öz prokuror həmkarları, istərsə də öz doğmaları ilə söhbətləşəndə, fikir mübadilələri aparanda, müzakirələr edəndə hər zaman vicdandan, prokuror adını təmiz saxlamaqdan danışıb. O, hər zaman istəyirdi və arzu edirdi ki, bütün insanlar belə bir yüksək düşüncəyə, həyat dərkinə sahib olsunlar. Axı o, həm də bir mərdlik, alicənablıq və ziyalılıq etalonu idi onu tanıyanlar üçün... 

Mərdlik demişkən, Xanoğlan Şıxəliyev ölkəmizin yenicə müstəqillik qazandığı vaxtlarda, eyni zamanda, bu müstəqilliyin itirilmə təhlükəsi yaşanan zamanlarda öz vəzifəsini layiqincə təmsil edib. Hələ o dövrlərdə istər ictimai-siyasi, istərsə də kriminogen baxımından elə də sabit olmayan Şəki rayonunda çalışmış Xanoğlan Şıxəliyev qanunun aliliyinin təminatçısı kimi dəfələrlə sinə gərib. Hətta elə olub ki, azğınlaşmış şəxslər onun yaşadığı evə hücümlar çəkib, üzərinə silah qaldıraraq, həyatını təhlükəyə atıblar. Lakin dövlət və xalq maraqlarını daim üstün tutan Xanoğlan müəllim, həm də prokuror olaraq heç nədən qorxmayaraq, azğın kriminogen qüvvələrə qarşı mübarizəsini daha barışmaz şəkildə aparıb. Təbii ki, bu, onun timsalında babalarından gələrək, onun qanında axan cəsarət geninin yaşaması, hətta yaşadılması demək idi.

Nə xəstəliklər, nə də yorğunluqlar onu öz yolundan döndərə bilmədi. Hətta kəskin diabet diaqnozu qoyulmasına baxmayaraq, Xanoğlan Şıxəliyev çalışdı...çalışdı...və yenə də çalışdı...

Belə bir vəziyyətdə öz fəaliyyətini Bərdədə də davam etdirən Xanoğlan müəllin, hər yerdə - kənddə, kəsəkdə, ən ucqar bölgələrdə sadə insanların arasında oldu, onların sonsuz rəğbətini, sevgisini, hörmətini qazandı. O, bir əsgər idi - Vətəni uğrunda canından, qanından keçən bir Azərbaycan əsgəri. Çiynində daşıdığı prokurorluq orqanları paqonunun üzərindəki aypara və ulduzlar ona üzərində nə qədər nəhəng məsuliyyətin olduğunu hər an xatırladırdı. Əbəs deyil ki, o dəfələrlə cəbhə bölgələrinə gedərək, düşmənlə üz-üzə dayanmış, təmsil olunduğu müdafiə şurasının vəzifələrini də öz işinə əlavə etmişdi. Üstəlik, döyüş bölgələrində çarəsiz qalan qadınlara, uşaqlara, qocalara qucaq açaraq, onları öz doğma ailə üzvləri kimi evində saxlamışdı. Bu, qeyrət mücəssəməsinin ifadəolunmayacaq dərəcədə ali nümunəsi idi əslində. Onun Bərdədəki xidməti barədə bir qeyd nəzərimi cəlb etdi. SİTAT: "95 min məcburi köçkünün məskunlaşdığı bir şəraitdə, Bərdə rayonunun hüquq mühafizə orqanları tərəfindən görülən tədbirlər nəticəsində, xüsusilə, prokuror Xanoğlan Şıxəliyevin səylərinə görə həmin bölgədə ciddi narahatçılıqlara yol verilmirdi..."

Sonraki illərdə prokurorluq fəaliyyətini ölkəmizin cənubunda - Cəlilabadda həyata keçirən Xanoğlan Şıxəliyev orada da yaşayan əhali arasında xüsusi hörmətə və izzətə sahib olub. Maraqlısı da budur ki, o çalışdığı hər yerdə çətin sınaqlarla, imtahanlarla üz-üzə, qarşı-qarşıya qalıb. Daha bir xatırlatmaya nəzər salaq: "Onun rayon prokuroru işlədiyi vaxt məlumat daxil olur ki, bir nəfər şəxs əlində qumbara özünü və ailəsini məhv etməyə cəhd göstərir. Təxirə salmadan hadisə yerinə yollanan Xanoğlan müəllim qəhrəmanlıq göstərərək, bu hadisənin qarşısını alır. Ümumiyyətlə, bəlkə də onlarla bənzər hadisələri yaşayan bu böyük insan sonralar vəzifə borcunu ləyaqətlə yerinə yetirdiyinə görə dövlətimiz tərəfindən mükafatlara layiq görülüb". 


Xəbərə aid fotolar