ABŞ Suriyanı yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyib


Dünya 29 Sen 2018 14:39:00 264 0

ABŞ Suriyanı yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyib

"Əgər Suriya höküməti yeni konstitusiya layihəsi üzərində işləmək istəməsə, ABŞ müttəfiqləri ilə birlikdə bu ölkəyə qarşı daha sərt sanksiyalar tətbiq edə bilər".

Son.az report-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bildirib.

"Əgər Suriya prezidenti Bəşər Əsədin rejimi bunu etsə, o zaman biz hesab edirik ki, 2015-ci ilə qədər İrana qarşı etdiklərimizi, yəni həqiqətən sərt beynəlxalq sanksiyalar tətbiq edə bilərik", - o deyib.