Mourinyo Poqbanın kapitanlıqdan niyə məhrum etdiyini açıqladı


İdman 29 Sen 2018 14:16:00 257 0

Mourinyo Poqbanın kapitanlıqdan niyə məhrum etdiyini açıqladı

Manchester United-in baş məşqçisi Joze Mourinyo Pol Poqba ilə məşq zamanı yaşanan mübahisədən danışıb.

Goal.az-ın İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mourinyo Polun kapitanlıq sarğısından nəyə görə məhrum edildiyinə də aydınlıq gətirib. O, bu qərarın qəti olduğunu da vurğulayıb:

“Poqba ilə mübahisə etdiyimiz vaxt məşqimiz mətbuat üçün açıq idi. Ona görə də, kameralar bizim bir-birimizə dediyimiz bəzi sözləri tuta bilərlər. Ancaq mən bu sözlər barədə sizə ətraflı məlumat verməyəcəm. Poqbanın kapitan sarğısından məhrum edilməsi ilə bağlı komanda üzvlərinə məlumat verilib. Futbolçular və məşqçilər səbəbi bilirlər. Mən futbolçunun oyununu həmişə təhlil edirəm. Kapitan olduqdan əvvəl və sonra necə oynamasını, özünü necə aparmasını diqqətdə saxlayıram. Bir neçə həftə fikirləşəndən sonra qərara gəldik ki, Poqba sadəcə, oyunçudur, kapitan deyil. Bu qərar qətidir. Artıq bu məsələ bağlanıb”.