Ötən gün cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb


Digərləri 29 Sen 2018 14:04:00 208 0

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Azərbaycanda sentyabrın 28-dən 29-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 23-ü "isti izlər"lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.