ABŞ müttəfiqlərini pis vəziyyətdə qoyur –


Dünya 29 Sen 2018 14:09:00 237 0

ABŞ müttəfiqlərini pis vəziyyətdə qoyur –

ABŞ İranla münasibətlərinin gərginləşməsi fonunda Yaxın Şərqdəki hərbi gücünü zəiflədir.

Son.az modern.az-a istinadən xəbər verir ki, ABŞ Yaxın Şərqdən bir neçə raket komplekslərini artıq oktyabrdan başlayaraq çıxaracaq.

Əsasən 4 "Patriot" hava hücumundan müdafiə raket komplekslərinin çıxarılması nəzərdə tutulub. Bu komplekslərin ikisi Küveytdən, biri Bəhreyndən, biri də İordaniyadan çıxarılacaq.

Nəşrin Pentaqona yaxın mənbələrinə görə bu adları sadalanan komplekslər artıq döyüş növbəsindən götürülüb və daşınma üçün hazır vəziyyətə gətirilib. Onların yeniləri ilə əvəz olunması barədə isə heç bir plan yoxdur.

Bununla da Yaxın Şərqdə müttəfiqlərinin müdafiəsini zəiflətmiş olan ABŞ-ın bunu əsasən Çin və Rusiya təhlükəsinə kökləndiyi üçün etdiyi bildirilir.