Tanımadığı şəxs xalq artistinin köhnə səs yazısını ortaya çıxardı


Digərləri 29 Sen 2018 13:39:00 270 0

Tanımadığı şəxs xalq artistinin köhnə səs yazısını ortaya çıxardı

Xalq artisti Amaliya Pənahova bir pərəstişkarının sürprizi ilə qarşılaşıb.

Son.az xəbər verir ki, sevilən aktrisa həmin sürprizlə bağlı sosial şəbəkə hesabından məlumat verib.

Amaliya Pənahova pərəstişakrının ona göndərdiyi səsyazısı ilə bağlı təəssüratlarını bölüşüb:

"Oğlumun bu gün ad günüdür! Allah bütün övladları xoşbəxt, sağlam eləsin mənimkilərlə bir yerdə! Mənə bu audio yazını tanımadığım, dostluğumda olmayan pərəstişkarım göndərib. Mənim üçün bu ən böyük hədiyyə oldu! Sağolun, Allah ürəyinizcə versin! Minnətdaram!"