"Ferqyusson Poqbanı dərhal qovardı"


İdman 29 Sen 2018 12:35:00 211 0

"Ferqyusson Poqbanı dərhal qovardı"

Manchester United-in sabiq futbolçusu Pol İns Pol Poqbanı kəskin tənqid edib.

Goal.az xəbər verir ki, İns Poqbanı komanda ətrafında gərgin vəziyyət yaratmaqda ittiham edib. O bildirib ki, fransız futbolçu Aleks Ferqyusonun vaxtında belə hərəkət edə bilməzdi:

“Poqba Ferqyusonun vaxtında belə hərəkət etsəydi, o, belə deyərdi: “Bunu dərhal rədd edin”. O, Poqbaya görə komanda ətrafında gərginlik yaranmasına imkan verməzdi. Hesab edirəm ki, Poqbanın taleyi artıq həll olunub və göndəriləcək. Deyirlər ki, guya Joze Mourinyo ondan əvvəl gedəcək. Ancaq klub rəhbərliyinin belə hərəkət edəcəyinə inanmıram. Onlar hansısa futbolçunu komandanın mənafeyindən üstün tutmaz.

Poqba hər oyunda var qüvvə sərf edib, hamıdan yaxşı olsa, bəlkə də danışmağa haqqı olardı. Ancaq belə deyil axı. Pol Mourinyo ilə şəxsi intriqasını futboldan üst səviyyəyə çıxarıb”.