Baş katib: BMT qurumları Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh prosesinin inkişafına töhfə verməyə hazırdır (FOTO)


Digərləri 29 Sen 2018 12:22:16 256 0

Baş katib: BMT qurumları Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh prosesinin inkişafına töhfə verməyə hazırdır (FOTO)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

Bakı. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, baş katib Bakıya səfərlərini və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, onun salam və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. A.Quterreş Azərbaycanın dövlət başçısının rəhbərliyi altında bütün istiqamətlərdə ölkəmizdə həyata keçirilən səmərəli fəaliyyəti yüksək qiymətləndirdiyini qeyd edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası və mədəniyyətlərarası dialoqun təşviqinə verilən dəstək və töhfəni xüsusi olaraq vurğulayıb. E.Məmmədyarov səmimi qəbula görə baş katibə minnətdarlıq bildirərək, onu 2019-cu iin 14-15 iyun tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Sammitində iştirak etməyə dəvət edib.