Sükan arxasında telefonla oynayan sürücü qadını vurub öldürdü


Dünya 29 Sen 2018 12:14:00 248 0

Sükan arxasında telefonla oynayan sürücü qadını vurub öldürdü

Yük maşını ilə qəza anı avtomobilə quraşdırılan kameraya düşüb.

Son.az Metro-ya istinadla xəbər verir ki, görüntülərdə yük maşınının sürücüsünün qəzadan 18 saniyə əvvəl mobil telefonla oynaması əks olunub.

O, telefona baxdığına görə önünü görməyib və yük avtomobili qarşıdakı "Toyota" avtomobilinə çırpılıb.

Nəticədə "Toyota"dakı 4 uşaq anası hadisə yerində keçinib.

Hadisə Şotlandiyada baş verib. 66 yaşlı sürücü  Yvonne Bləkman insan ölümünə səbəb olduğuna görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Emin Son.az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar