Litvalı nazir müavini: Azərbaycanda əhalinin məşğulluğunun təmini sahəsində aparılan islahatlar maraqla qarşılanır (FOTO)


Digərləri 29 Sen 2018 12:06:00 330 0

Litvalı nazir müavini: Azərbaycanda əhalinin məşğulluğunun təmini sahəsində aparılan islahatlar maraqla qarşılanır (FOTO)

“Azərbaycanda məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək” Tvinninq layihəsinin icrası ilə bağlı konfrans keçirilib.

Bakı. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin icrası ilə bağlı aralıq konfrans keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanla yanaşı, layihənin icraçıları olan Litva, Avstriya və İsveçdən olan ekspert qrupu iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əhalinin səmərəli məşğulluğuna yönələn tədbirlərin gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu və bu sahədə dövlət məşğulluq orqanları qarşısında mühüm vəzifələr dayandığını vurğulayıb. Nazir müavini bildirib ki, aparılan islahatların bir istiqaməti məşğulluq xidmətlərinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında təkmilləşməsinə yönəlib. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasında məşğulluq orqanlarının daha effektiv alətlərdən istifadəyə əsaslanan səmərəli fəaliyyət mexanizminin, müasir iş modelinin qurulması üçün aparılan islahatlarda “Azərbaycanda məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək” Tvinninq layihəsi də yeni imkanlar yaradıb.