Bu mağazada HƏR ŞEY PULSUZDUR –


Digərləri 29 Sen 2018 11:44:00 363 0

Bu mağazada HƏR ŞEY PULSUZDUR –

"Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa gətir"

İsmayıllı sakinləri ehtiyacı olan insanlara əl tutmaq üçün maraqlı bir yola əl atıblar. Son.az ARB TV-yə istinadən xəbər verir ki, İsmayıllıda bir mağaza var ki, burda satılan hər şey pulsuzdur.

Rayonun mərkəzində xeyriyyə məqsədi ilə fəaliyyət göstərən mağaza imkansız insanlara pulsuz pal-paltar, müxtəlif əşyaları təqdim edir. adlı kampaniyaya bütün rayon sakinləri qoşulub. Həm müraciət edən imkansız insanlara paltar götürmək imkanı yaradılır, həm də xeyirxah insanların gətirdikləri paltarlar qəbul edilir. 

Sakinlər öz təəssüratlarını bölüçüblər: 

Xamis Babayev: "Kimlərinsə maddi imkanı aşağıdır, burden yararlı paltar alıb istifadə edirlər. Gözəl təşəbbüsdür.

Kəmalə Xəlilova: "5 uşaq anasıyam, uşaqlar bir-birinin paltarını geyinirlər. Eşitdim burada belə bir mağaza var. Gəldim müraciət etdim".


Xəbərə aid fotolar