Hakerlər Facebookda 50 milyon istifadəçinin hesabını necə ələ keçirdi?


Dünya 29 Sen 2018 11:34:00 212 0

Hakerlər Facebookda 50 milyon istifadəçinin hesabını necə ələ keçirdi?

Dünyaca məşhur Facebook sosial şəbəkəsinin təhlükəsizlik sistemindəki boşluqlardan istifadə edən hakerlər istifadəçilərin hesablarına giriş əldə ediblər.

Son.az modern.az-a istinadən xəbər verir ki, Facebook 50 milyon istifadəçisinin hesablarına hakerlərin giriş əldə etdiklərini etiraf edib.

Təhlükəsizlik sistemində olan boşluq "başqasının gözü ilə gör" funksiyası ilə bağlıdır.

Bu funksiya istifadəçilərə öz profillərinin digər hesablarda necə görünəcəyini görmək imkanı verir və özünəməxsus təhlükəsizlik kodundan istifadə edir.

Bu təhlükəsizlik kodunu ələ keçirən hakerlər istifadəçilərin hesabına giriş əldə edərək onun bütün şəxsi məlumatlarına baxa və tam istifadəçi kimi ondan yararlana bilib.

Öz araşdırmasını aparan Facebook hələ ki, hakerlərin bu kodları hansı yollarla əldə etdiklərini tapmağa çalışır. Beləliklə problemin səbəbini tapa bilməyən sosial şəbəkə rəhbərliyi "başqasının gözü ilə gör" funksiyasını müvəqqəti olaraq dayandırıblar.

Buna görə də bu funksiyadan istifadə edən 50-90 milyona yaxın istifadəçi öz profilinə yenidən girməli olub.